Futbol forması necə yuyulmalıdır?
FUTBOLFORMASI.AZ olaraq biz sizin formanızın sizin üçün nə qədər önəmli olduğunu bilirik. Yalnış təmizləmə olarsa, istilik ilə yapışdırılmış adlar, nömrələr, emblem və loqotiplər soyula və ya yapışqanı gedə bilər. Köynəyinizin zədələnməsinin, rənginin itirilməsinin qarşısını almaq mütləqdir. Biz futbol köynəyinizi düzgün yumaq üçün bu təlimatı hazırladıq.
Futbol köynəyi necə təmizlənməlidir?
1. Öntəmizləmə edin
Köynəyi maşına qoymazdan əvvəl köynəyə yapışmış hər hansı ot, yemək və ya hər hansı başqa şeyləri çıxarmaq vacibdir.
2. Rənglərə ayırın
Yuyarkən müxtəlif rəngli corab, köynək və şalvarlarınızı ayırmalı olub-olmaması ilə sualı yaranırsa, cavabımız BƏLİ olacaq.
Digər paltarların rəngləri yuma zamanı çıxa bilər və formanızın rənglənməsinə səbəb ola bilər, bu səbəbdən açıq paltarları tünd paltarlardan ayırmaq vacibdir.
Həmçinin futbol formasını zəncirbəndli(замок) və ya dişli digər paltarlarla(məsələn, cins şalvar, qış gödəkçəsi) qarışdırmamağınız məsləhətdir. Çünki, onlar futbol formanızın polyester liflərini zədələyə bilər.
3. Köynəyi və şortiki içəriyə çevirin
Maşına qoymazdan əvvəl emblem və yazıları qorumaq və loqo tikişlərinin açılmaması üçün onu içəriyə çevirin.
4. Aşağı dövriyyədə yuyun
Formanızı yumaq üçün ən yüksək temperaturu 40 dərəcə olaraq məsləhət görürük. Əgər, formanızda istiliklə yapışdırılmış hissələr varsa(peşəkar oyunçu forması), onların büzülməsinin, rənginin dəyişməsinin və ya zədələnməsinin qarşısını almaq üçün ən yüksək yuma temperaturu 30 dərəcə olomalıdır.
5. Rəngi qoruyun
Rəngi qoruyan və ağardıcı olmayan yuyucu vasitələrdən istifadə edin. Mümkünsə, ən yaxşı nəticə üçün köynəyinizi ağardıcısız, rəngi qoruyan yuyucu vasitələrlə yuyun.
6. Asıb qurudun
Köynəyi maşından çıxararkən adları və loqoları sağlam saxlamaq üçün onu çevirin. Quruducudan istifadə etməməyi tövsiyə edirik, çünki qurutma üçün istifadə olunan istilik istiliklə yapşdırılımış hissələri əridə və ya zədələyə bilər.
7. Ütüləmək
Əgər quruduqdan sonra formanız əzik halda olarsa, ütüləyərkən yüksək temperaturda etməməyiniz mütləqdir. Bu halda deformasiya ola bilər.
Ən yaxşı seçim onu açıq havada qurutmaqdır. Məhsulun ömrünü uzatmaq üçün birbaşa günəş işığından kənar tutun.
Köynəkləri əl ilə yumağınız məsləhətdir, çünki yuyulma zamanı istifadə olunan temperaturu və gücü idarə edə bilərsiniz.
Futbol formanızın yuyulması üçün bu addımlar istənilən idman geyimi üçün istifadə oluna bilər və bu təlimata əməl etsəniz, hər yumadan sonra futbol formanız yeni kimi görünəcək.