Futbol forması, Tarixi

Futbol forması tarixi

Futbol forması tarixi haqqında araşdırdıqda bir çox mənbələrdə e.ə 300-cü illərə qədər gedən futbol oyunun maraqlı məqamlarından biri də, oyunda hər komandaya məxsus futbol geyimi indiki deyimi ilə futbol formasının yaranma prosesidir.

Futbol geyiminə aid ilk yazılar 1526-cı ilə aid edilən kral VIII Henrinin “Böyük Qarderobunda” tapılıb. 1850-lərdə İngiltərədə müasir futbolun böyük inkişafı burada fərqli təhsil ocaqlarının öz qanunlarını tərtib etməsi ilə futbol geyimlərində də tarixi irəliləmə qeydə alındı. Buna qədər, komanda oyunçuları qarışıq geyimlərdə meydana çıxırdılar..

1. İlkin mərhələ

 

İlk futbol qanunu 1856-cı ildə Kembric Universitetində(Cambridge University) qəbul olundu. Qanunda deyilirdi: “Hər oyunçunun qırmızı və tünd mavi papağı olmalı və hər komanda vahid rəng geyinməlidir”. Oyunçular müasir şort yerinə bricidə və ya tammetrajlı şalvarda oyuna çıxırdılar və hətta kəmər və ya çiyinbağı taxırdılar. İlk futbol formaları 1870-lərdə ortaya çıxdı. Futbol formalarına artan tələbat sərmayədarlar və biznesmenlərin diqqətini yetərincə çəkdi. Bunun ardı olaraq İngiltərədə ilk idman geyim müəssəsi “Bukta” isə 1870-ci ildə quruldu. Fabrik uzun illər ada komandalarına xidmət etdi.

1904-cu ildə İngiltərə Futbol Assosiyasıyası oyunçuların bricilərinin dizlərindən uzun olması qərarını rədd etdi və bricilər daha qısa oldu. Geyimin bu hissəsi 1960-cı ilə qədər “brici” adlanırdı, sonra isə onu “şort” adlandırmağa başladılar aşqa oyunçular yüngül köynəklər geyərkən, qapıçılar sviter geyinirdilər.

2. 1930-1980-ci illər

 

1930-cu illərdə forma hazırlanmasında fərqli modellər yaradıldı: ipli boyunluq, qatlanan boyun hissəsi, yaxalı və s. İngiltərənin Everton klubu il dəfə şortların kənarına xətt əlavə etdi. Şortlar isə qısaldılmağa başlanılmışdı. 1950-ci illərdə artlıq sünii parçalardan daha yüngül formalar hazırlanmağa başladı. 1953-də Bolton klubu FA Kubokunda ilk dəfə sünii parçdan hazırlanmış forma ilə çıxış etdi. 1960-larda şortlarda nömrələnmə işləri artıq başlamışdı.

.

1970-ci illərdə klub rəhbərlikləri azərkeşlər üçün də formalar istehsal etməyə başladı. 1980-lərə çatdıqca isə formalarda müxtəlif markaların reklamlarını görməyə başladıq. Müxtəlif ölkələrdə bir sıra qadağalar qoyulsa da, sonrakı dövrdə bu çox gəlirli bir sahəyə çevrildi.

3. 1990-2000-ci illər

 

1991-də Tottenham FA Kubok Finalında yenidən uzun şort modeli ilə meydana çıxıb, köhnə trendə yeni nəfəs verdi. 1992-cı illərdə İngiltərədə formalara adlar yazılmağa başlanıldı.

2000-ci illərə çatdıqda isə ingilis klublarının qollarında müxətlif emblemləri görmək mümkün idi.

Günümüzdə isə futbol formaları üçün bir çox brendlər qurulub və özəl dizaynlı futbol formaları ilə müxtəlif komanda və azarkeşlərinə oyunları üçün xüsusi dəyər qatırlar.

Related Posts