Hazırki “Çatdırılma, dəyişdirilmə və qaytarılma şərtləri” – XİDMƏT ŞƏRTLƏRİ olaraq tərəflər arasında alış-veriş zamanı əsas razılaşma hesab olunur.
Ümumi baxış
1. Çatdırılma şərtləri:
1.1. Çatdırılma bütün metrolara ödənişsizdir. Bu yalnız fərdi sifarişlərə aiddir. Komanda sifarişlərində çatdırılma ödənişlidir.
1.2. Məhsullar 4-6 və ya 12-18 gün arasında sifarişçiyə təhvil verilir.
1.3. Müxtəlif hallar səbəbindən məhsulun hazırlanmasında gecikmə baş verdikdə bu zaman məhsulun çatdırılma müddəti barədə sifarişçiyə məlumat verilir. Bu halda sifariş sifarişçi tərəfindən ləğv oluna bilməz.
1.4. Çatdırılma həftə içi 5 gün, 11:00-dan 17:00-a qədər edilir.
1.5. Çatdırılma zamanı müştəri kuryer və ya daşınma üçün ödəniş edir. Fərdi sifarişlərdə metrolara çatdırılma zamanı bu ödəniş edilmir.
2. Dəyişdirilmə şərtləri:
2.1. Alıcıya göndərilən məhsulun ölçüsü kiçik və ya böyük olduqda məhsul digər ölçü ilə əvəz edilir.
2.2. Alıcı sifariş etdiyi məhsulu yalnız ilk (!) ilk isfariş etdiyi məhsul ilə dəyişdirə bilər.
2.3. Məhsulun ölçüsündə problem yarandığı təqdirdə məhsul əvvəlcə alıcıdan baxış üçün təhvil alınır, uyğun olaraq 4–6 və 12–18 gün sonra alıcıya yeni ölçü təhvil verilir.
QEYDLƏR:
- “Futbol Forması Azərbaycan” alıcıya bir dəfə ölçü dəyişimi imkanı tanıyır. Bir dəfədən artıq ölçü dəyişdirilməsi edilə bilməz. Bir dəyişdirilmədən sonra da ölçü problemi yaşandığı təqdirdə satıcı heç bir məsuliyyət daşımır.
- Dəyişdirilmə və qaytarılma hallarında saat və məkanı “Futbol Forması Azərbaycan” özü təyin etmə hüququna malikdir.
3. Qaytarılma şərtləri:
3.1. Sifariş alıcıya çatdırıldıqda yerindəcə (!) məhsulda hər-hansı bir nöqsan aşkar edilərsə, məhsul geri qaytarıla bilər.
3.2. Alıcıya vizual olaraq təqdim olunan məhsulla, ona təhvil verilən məhsul arasında görünüş fərqi olarsa, məhsul geri qaytarıla bilər.
Qaytarılmanın mümkün olmadığı hallar aşağıdakılardır:
3.2.1. Məhsul istifadə edildikdə geri qaytarıla bilməz.
3.2.2. Şəkil ilə alıcıya göndərilən məhsul arasında görüntü fərqi olmadığı təqdirdə, alıcı məhsulun ona yaraşmadığını, məhsulu bədəninə yaraşmadığını, bəyənmədiyini iddia edərək, məhsulu geri qaytara bilməz.
3.2.3. Məhsul haqqında öncədən operatorlarımızdan istədiyi məlumatları almadığı təqdirdə, göndərilən məhsulun onun istədiyi kimi olmadığını iddia edərək qaytarılma edilə bilməz. Məsələn, dəst deyil, məhsul qalındır, nazikdir, rezinlidir, rezinsizdir, arxası yazılıdır, yazısızdır və s. Bu sualların öncədən operatorlarımıza ünvanlanması xahiş edilir.
3.2.4. Məhsulun ölçüsü böyük və ya kiçik olduğu üçün qaytarılma edilə bilməz. Dəyişdirilmə edilə bilər. Böyük geyinməyi sevən və ya dar geyinməyi sevən alıcı, bu haqda öncədən operatorlarımıza bildirməlidir.
3.2.5. Məhsulun ölçüsünün dəyişdirilməsi 4–6 və 12–18 gün çəkə bilər. Alıcı müddəti iddia edərək qaytarılma edə bilməz.
3.2.6. Məhsulun geri qaytarılması 1–3 gün çəkə bilər.
3.2.7. Məhsul dəst şəklində alıcıya təqdim olunubsa, (üst geyim, şalvar, ayaqqabı və s.) məhsuldan hər hansında birində nöqsan varsa, alıcı yalnız nöqsan olan məhsulu geri qaytara və ya dəyişdirə bilər. Dəst şəklində qaytarılma edə bilməz.
3.2.8. Alıcı məhsulda hər hansı bir nöqsanın olduğunu iddia edərək, sonradan qaytarılma tələb edə bilməz. Bu halda alıcı məhsulu dəyişdirmə hüququna malikdir.
3.2.9. Məhsul alıcıya təhvil verildiyi qaydada, üzərində etiketi olmadan qaytarıla və dəyişdirilə bilməz.
3.2.10. Yuyulma təlimatlarına əməl edilmədiyi üçün məhsulda problem yaranarsa, müştəri qaytarılma və dəyişdirilmə edə bilməz.
3.2.11. Məhsul üzərində özəlləşdirilmə ilə sifariş edilibsə, yəni, özel olaraq ad, nömrə, loqo, sponsor yazısı və s. olaraq hazırlanılıbsa, məhsulda qüsur olmadığı halda qaytarılma edə bilməz. Qaytarılma edilərsə, məhsulların yeni, geyinilməmiş, məhsul paketlərində və etiketi üzərində olaraq təqdim edilməlidir.
XÜSUSİ QEYDLƏR:
- Məhsulların şəkilləri çəkilən zaman istifadə olunan işıq məhsulun rənglərində bəzən azacıq ton fərqi yarada bilir!
- Alıcıya məhsulun təhvil verildiyi gün də daxil olmaqla yalnız 14 gün ərzində dəyişdirilmə və qaytarılma edilə bilər.